“Azneft” yanvar-fevral ayları üçün hədəfinə nail olub

“Azneft” yanvar-fevral ayları üçün hədəfinə nail olub Qurum neft-qaz hasilatı planını artıqlaması ilə yerinə yetirib
Energetika
18 Mart , 2017 13:46
“Azneft” yanvar-fevral ayları üçün hədəfinə nail olub

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində iqtisadi göstəricilərin yüksəldilməsi, hasilatın təmin edilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görülüb.

“Report” xəbər verir ki, bu barədə Birliyin məlumatında bildirilib.

Qurum bəyan edib ki, 2 ay ərzində qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirilib, eyni zamanda, kollektivin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb. Belə ki, 1 015,7 min ton neft və 827, 327 mln. kubmetr qaz hasil edilib.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən ay da uğurla davam etdirilib. Fevralda “Azneft”in sifarişi əsasında 8 quyu qazılaraq istismara verilib.

Ötən 2 ayda fəaliyyətsiz quyu fondundan 8 quyu planlaşdırıldığı halda, faktiki olaraq 21 quyu istismara qaytarılıb. Bu quyulardan 2369 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3054 ton neft alınıb ki, bu da plandan 685 ton çoxdur.

Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 103 geoloji tədbir keçirilib, nəticədə 12 805 ton neft hasil edilib ki, bu da plana qarşı 25 tədbir çox və 6135 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 6 042 ton plana qarşı 7 290,5 ton neft hasil olunub.

Son xəbərlər

Orphus sistemi