​"Azneft" qaz hasilatında proqnozu 3% üstələyib

​"Azneft" qaz hasilatında proqnozu 3% üstələyib Yeni quyuların qazılması nəticəsində 22,5 min ton neft hasil edilib
Energetika
9 İyun , 2016 13:26
​Azneft qaz hasilatında proqnozu 3% üstələyib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində “Azneft” İstehsalat Birliyi üzrə 2 619,2 min ton neft hasil edilib.

İB-dən "Report"a verilən məlumata görə, bu ilin müvafiq dövrü ərzində, həmçinin 2 323,4 mln. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, faktiki hasilat 2 386,1 mln. kubmetrə bərabər, yəni, proqnozdan 2,7% çox olub.

Hesabat dövründə "Azneft"in sifarişi əsasında 20 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 22 534 ton neft hasil edilib.

İlin əvvəlindən 279 geoloji tədbir keçirilib, nəticədə 46 126 ton neft hasil edilib ki, bu da plana qarşı 41 tədbir çox və 3 456 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 16 839 ton plana qarşı 22 005 ton neft hasil edilib.

Ötən 5 ayda fəaliyyətsiz quyu fondundan 32 quyu nəzərdə tutulduğu halda, 57 quyu istismara qaytarılıb. Bu quyulardan 4 733 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 14 647 ton neft alınıb ki, bu da plandan 9 914 ton çoxdur.

Son xəbərlər

Orphus sistemi