“Azneft”in rəhbərliyi Neft Daşlarına səfər edib

“Azneft”in rəhbərliyi Neft Daşlarına səfər edib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət Neft Daşlarına səfər ediblər.
Energetika
17 Oktyabr , 2019 18:31
“Azneft”in rəhbərliyi Neft Daşlarına səfər edib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət Neft Daşlarına səfər ediblər.

"Report" bu barədə "Azneft"ə istinadən xəbər verir. 

Məlumata görə, Neft Daşlarının 70 illik yubileyinə hazırlıqla əlaqədar görülməsi nəzərdə tutulan işlərin icrasına nəzarət məqsədilə bir sıra obyektlərə baxış keçirilib. Birliyin Baş direktoru Daşqın İskəndərova məlumat verilib ki, helikopter meydançasının təmiri, gözləmə zalının yeni layihə əsasında tikintisi, həmçinin 2A saylı Qaz Kompressor Stansiyasında su nasosxanasının tikintisi başa çatdırılıb.

Bununla yanaşı, Heydər Əliyev parkında yaşıllıqlar və işıqlandırma yeni dizaynda hazırlanıb, ətraf ərazilərdə ağaclar əkilib. Heydər Əliyev muzeyi təmir edilib, mini futbol və voleybol meydançalarının süni döşəmə örtüyü dəyişdirilib, tribunada oturacaqlar yenisi ilə əvəz edilib, dam örtüyü yenilənib. Yataqxana korpuslarının fasadları da təmir edilib.

Qeyd olunan obyektlərə baxış keçirən Daşqın İskəndərov vurğulayıb ki, dəniz neftçilərinin iş və yaşayış şəraitinin daha da yaxşılaşdırılması hər zaman diqqət mərkəzində olmalıdır. Baş direktor rəhbər şəxslərə bir sıra tapşırıq və tövsiyələr verib.

Son xəbərlər

Orphus sistemi