“Azneft”in işçiləri əmək haqlarının 10 %-ini  “YAŞAT” Fonduna köçürür

“Azneft”in işçiləri əmək haqlarının 10 %-ini  “YAŞAT” Fonduna köçürür Prezidenti İlham Əliyevin 8 dekabr fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb. Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən Dövlət Nef
Energetika
8 Yanvar , 2021 16:51
“Azneft”in işçiləri əmək haqlarının 10 %-ini  “YAŞAT” Fonduna köçürür

Prezidenti İlham Əliyevin 8 dekabr fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb. Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin aparatının əməkdaşları Fondun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Məlumata görə, onların təklifləri və İdarəetmə aparatı Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna aparat əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.

2020-ci ildə COVID-19-la mübarizə çərçivəsində koronavirusla mübarizəyə dəstək fonduna SOCAR işçiləri tərəfindən 1 milyon manatdan artıq vəsait köçürülüb. Həmçinin SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında, eləcə də ölkənin müxtəlif bölgələrində yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları göstəriblər.

Vətən müharibəsi zamanı SOCAR-dan 17 milyon manat məbləğində, həmçinin işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyon manata yaxın məbləğ isə Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb.

Son xəbərlər

Orphus sistemi