“Azneft”in elektrik montyoru dünyasını dəyişib

“Azneft”in elektrik montyoru dünyasını dəyişib Bu gün saat 17:30 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “28 may” Neft-Qaz Çıxarma İdarəsinin elektrik montyoru Qürbət Abusələddin oğlu Rəsulov iş yerində yüksək gərginlikli elektrik xəttinin altına düşərək dü
Energetika
8 Oktyabr , 2020 19:29
“Azneft”in elektrik montyoru dünyasını dəyişib
neft

Bu gün saat 17:30 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “28 may” Neft-Qaz Çıxarma İdarəsinin elektrik montyoru Qürbət Abusələddin oğlu Rəsulov iş yerində yüksək gərginlikli elektrik xəttinin altına düşərək dünyasını dəyişib.

“Report” bu barədə “Azneft”ə istinadən xəbər verir.

Məlumata görə, faktla bağlı İstehsalat Birliyində komissiya yaradılıb, hadisənin başvermə səbəblərini araşdırır. Nəticələr barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi