Yuxarı

"Azneft” İstehsalat Birliyi tikinti-quraşdırma və təmir işlərini genişləndirib

“Bulla-dəniz” yatağında yerləşən 77 saylı stasionar dəniz özülündə əsaslı təmir aparılıb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin istismar etdiyi “Səngəçal-Duvannı-Xərə-Zirə” dəniz yatağında hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 124, 277, 279, 282, 290, 477, 607 və 674 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri davam etdirilir. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyasılar yenisi ilə əvəz olunub, 144 saylı estakadayanı meydançada əsaslı təmir işləri tamamlanıb. 187 saylı estakadayanı meydança və “8 Mart” yatağında yerləşən 566 saylı stasionar dəniz özülündə isə son tamamlama işləri aparıldığı, “Bulla-dəniz” yatağında yerləşən 77 saylı stasionar dəniz özülündə 400 kv. metr sahənin də əsaslı təmir olunduğu açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi