Yuxarı

​"Azneft" SAP ERP sisteminin istismarına başlayıb

İstehsalat Birliyinin aparatında, idarə və müəssisələrində çalışan mütəxəssislər üçün müvafiq təlim kursları keçirilib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tənzimlənməsi, SAP ERP sisteminin istismarına başlanması ilə əlaqədar müşavirə keçirilib.Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

SOCAR-ın İqtisadiyyat və uçot İdarəsi əməkdaşlarının, Birlik rəhbərliyinin, eləcə də “Pricewaterhouse Coopers” audit şirkətinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Birliyin baş direktoru Daşqın İskəndərov layihənin məqsəd və əhəmiyyətindən bəhs edib, bu sahədə görülmüş işlərdən danışıb.

Məlumata görə, 2008-ci ildən başlayaraq SOCAR-da Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tətbiqi və uçot işinin avtomatlaşdırılması məqsədilə SAP ERP sisteminin Fİ, HR, MM/SD modulları, Fİ modulunun xəzinədarlıq altmodulunun tətbiqi uğurla başa çatdırılıb. Hazırda BPC idarəetmə uçotu modulu, CO kontrolinq modulu, PP, PM, PS, QM istehsalat modulları və elektron sənəd dövriyyəsi olan "Opentext" modulunun tətbiqi ilə əlaqədar intensiv iş aparılır.

Bu məqsədlə məsləhətçi şirkət olan PWC ilə sıx əməkdaşlıq əlaqələri qurulduğu, İstehsalat Birliyinin aparatında, idarə və müəssisələrində çalışan mütəxəssislər üçün müvafiq təlim kursları keçirildiyi açıqlanıb.

Avqust ayından etibarən SAP sisteminin ilkin mərhələsində “Azneft” İB-də istehsalatın planlaşdırılması (PP-Production planning), təmir və quraşdırma (PM-Plant maintenance) biznes prosesləri üzrə təsərrüfat əməliyyatlarının istismarına başlanılıb. Bundan sonra ardıcıl olaraq SOCAR-ın digər müəssisə və təşkilatlarında da istismar işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihənin SOCAR tərəfindən işçi qrupunun rəhbəri, İqtisadiyyat və uçot İdarəsinin əməkdaşı Şahin Məmmədov, PWC şirkətinin layihə rəhbəri Vitali Podstavkin layihənin icrası barədə məlumat verib, proqramın əhəmiyyətindən danışıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırıblar.

“Azneft” İB-nin baş direktoru D.İskəndərov müşavirəyə yekun vuraraq, müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi