“Azneft”də təcrübəçilərlə görüş keçirilib

Energetika
  • 07 avqust, 2019
  • 12:06
“Azneft”də təcrübəçilərlə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində ödənişli təcrübə proqramının təcrübəçiləri ilə görüş keçirilib. 

“Report” bu barədə "Azneft"ə istinadən xəbər verir. 

Görüşdə İstehsalat Birliyinin rəhbərliyi, müvafiq struktur bölmələrinin rəhbərləri ilə təhkimçi rəhbərlər, eləcə də təcrübəçilər iştirak ediblər. Çıxış edən "Azneft"in baş mühəndisi Rövşən Qarayev Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan SOCAR-ın istehsalat sahələrində təcrübə imkanının yaradılmasını gənclər üçün böyük şans adlandırıb, təcrübəçilərin bundan istifadə edərək öz bilik və bacarıqlarını artırmasını tövsiyə edib.

Daha sonra İstehsalat Birliyinin İnsan resursları departamentinin rəis müavini Zemfira Şahbazova ödənişli təcrübə proqramı barədə ətraflı məlumat verib, təcrübəçiləri maraqlandıran sualları cavablandırıb.

Ödənişli təcrübə proqramı 2 ay davam edəcək.