"Azneft"də gənc kadrların hazırlanması ilə bağlı seminar keçirilib

"Azneft"də gənc kadrların hazırlanması ilə bağlı seminar keçirilib Seminar "2015/2016-cı illərdə gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı" çərçivəsində keçirilib
Energetika
16 Fevral , 2016 12:32
Azneftdə gənc kadrların hazırlanması ilə bağlı seminar keçirilib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yüksək səviyyəli gənc və perspektivli mühəndis-texniki kadrların hazırlanması məqsədi ilə "2015/2016-cı illərdə gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı" çərçivəsində növbəti seminar keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarda proqram haqqında məlumat verilib, hazırda Azərbaycanda yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb, bunun üçün lazımi şəraitin yaradıldığı qeyd olunub.

Seminarda “Yan lülə ilə quyuların qazılması texnologiyası”, “Su hövzəsinə düşmüş neftin yaratdığı fəsadlar və onların həlli yolları” və “Neftçıxarma proseslərində innovativ texnologiyaların işlənməsi və tətbiqi” mövzularında mühazirələr dinlənilib. Sonda gənc mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi