“Azərsu”yun texnikası Xırdalanı qazsız qoyub

“Azərsu”yun texnikası Xırdalanı qazsız qoyub Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün axşam saatlarında “Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib. 
Energetika
5 Yanvar , 2018 19:00
“Azərsu”yun texnikası Xırdalanı qazsız qoyub

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün axşam saatlarında “Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib. 

“Report”un sakinlərdən əldə etdiyi məlumata görə, hadisə nəticəsində Xırdalan şəhəri qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev “Report”a bildirib ki, hazırda təmsil etdiyi qurumun əməkdaşları hadisə yerində işləyir: “Saat 17:30-dan etibarən əməkdaşlarımız qaz sızmasının qarşısını almaq üçün ərazidə işləyir. Yaxın saatlarda əraziyə qazın verilməsi təmin ediləcək”.

Son xəbərlər

Orphus sistemi