“Azərsu” Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün işçi axtarır

“Azərsu” Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün işçi axtarır Maraqlananlar şəxsi məlumatlarını [email protected] ünvanına göndərə bilərlər
Energetika
7 Aprel , 2015 18:41
“Azərsu” Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün işçi axtarır

Bakı. 7 aprel. REPORT.AZ/ “Azərsu” ASC kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.

“Report” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru daxil ediləcək.

Maraqlananlar şəxsi məlumatlarını müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə aprelin 15-dək [email protected] ünvanına göndərə bilərlər.

Son xəbərlər

Orphus sistemi