"Azəriqaz": "Sayğacın oğurlanması təhcizatda hər hansı problemin yaranması deməkdir"

 "Azəriqaz": "Sayğacın oğurlanması təhcizatda hər hansı problemin yaranması deməkdir" "Sayğacın oğurlanması digər istehlakçının haqqına, hüququna girmək deməkdir. Təhcizatda hər hansı bir problemin yaranması deməkdir".
Energetika
28 Yanvar , 2022 12:17
 Azəriqaz: Sayğacın oğurlanması təhcizatda hər hansı problemin yaranması deməkdir

"Sayğacın oğurlanması digər istehlakçının haqqına, hüququna girmək deməkdir. Təhcizatda hər hansı problemin yaranması deməkdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi bildirib ki, oğurluq özgə əmlakının qanunsuz mənimsənilməsidir:

"Oğurluğun hər bir forması qəbuledilməzdi, sayğaclarda da həmçinin. Dövlət müəssisəsi olan "Azəriqaz"ın təhciz etdiyi sayğacların bir dəyəri vardı. Az dəyərli olması yüngülləşdirici hal hesab edilmir. Hər hansı qanunsuz bir hərəkətə bəraət qazandırılması cəhdi kimi qiymətləndirilir. Bizim təəssübkeşliyimiz digərlərinin belə sövdələşməyə vadar edir. Bizim maddi durumu aşağı olan bir çox abonentimiz var, amma bu hərəkətlərə yol verilməməlidir. İstehlakçılara əsas mesajımız ondan ibarətdir ki, qaz sayğacının mənimsənilməsi yolverilməzdir".

Son xəbərlər

Orphus sistemi