​“Azərneftyağ” və BNEZ-in əməkdaşları yeni iş üçün imtahan verəcəklər

​“Azərneftyağ” və BNEZ-in əməkdaşları yeni iş üçün imtahan verəcəklər Yüksək bal toplayan işçilər yeni strukturda yerləşdiriləcəklər
Energetika
5 Fevral , 2015 19:32
​“Azərneftyağ” və BNEZ-in əməkdaşları yeni iş üçün imtahan verəcəklər

Bakı. 5 fevral. REPORT.AZ/  “Azərneftyağ” Neft Emalı Zavodunun fəaliyyətinə xitam verilərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirilməsi nəticəsində aparılacaq struktur dəyişiklikləri ilə əlaqədar H.Əliyev adına BNEZ-in yeni ştatlarının əmək funksiyalarının icrası üçün tələb olunan daha yüksək peşəkarlıq səviyyəsinə malik işçilərlə komplektləşdirilməsi məqsədilə hər iki zavodun əməkdaşları müxtəlif vəzifə və peşələr üzrə İnsan Resursları Departamentində keçiriləcək test imtahanlarında iştirak edəcəklər.

"Report" SOCAR-a istinadən xəbər verir ki, imtahanlarda başqalarına nisbətən yüksək bal toplayan işçilər yeni strukturda yerləşdiriləcəklər. Əməkdaşların test imtahanlarına daha yüksək səviyyədə hazırlaşmalarını təmin etmək məqsədilə İnsan Resursları Departamenti tərəfindən bir sıra peşə və vəzifələr üzrə tapşırıqları əhatə edən test mövzuları hazırlanıb. Buraya mühasibatlıq, icraya nəzarət və kargüzarlıq, maddi-texniki təchizat, əsaslı tikinti, kadrlar, iqtisadi təhlil və proqnozlaşdırma, personal və əmək haqqı, sosial bölmələr, arxiv, hüquq, məxfi rejim və hərbi səfərbərlik, mülki müdafiə, ekologiya, mexanika, maliyyə və vergilər, kompüter bilikləri, energetika, eləcə də risklərin idarəolunması istiqamətləri daxildir.

Qeyd edək ki, həmin mövzular İnsan Resursları Portalının “Sənədlər” bölməsində “Test mövzuları” başlığı altında yerləşdirilib. Bu haqda H.Əliyev adına BNEZ-də keçirilmiş müşavirədə ətraflı məlumat verilib, ötən günlərdə test imtahanlarında iştirak etməsi nəzərdə tutulan bütün işçilər təlimatlandırılıb.

Son xəbərlər

Orphus sistemi