"Azərkontrakt" ötən il 84 milyon manata yaxın xalis mənfəət əldə edib

"Azərkontrakt" ötən il 84 milyon manata yaxın xalis mənfəət əldə edib Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2021-ci ili 83,496 milyon manat xalis mənfəətlə başa vurub.
Energetika
26 Dekabr , 2022 10:42
Azərkontrakt ötən il 84 milyon manata yaxın xalis mənfəət əldə edib

Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2021-ci ili 83,496 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il "Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 200,044 milyon manat,satışının maya dəyəri 1 025,814 milyon manat, nəqletmə xərcləri 59,393 milyon manat, qazın yeraltı anbarlara vurulması xərcləri 15,417 milyon manat, anbarlardakı itkilərə görə zərəri 5,667 milyon manat, anbarlardan qazın götürülməsi xərcləri 4,024 milyon manat, magistral xətlərdəki itkilərə görə zərəri 3,608 milyon manat, tranzit xərcləri 3,116 milyon manat, texnoloji sərfiyyat xərcləri 3,077 milyon manat, qaz nəqlindən gəlirləri 25,623 milyon manat, faiz xərcləri 0,745 milyon manat, digər xərcləri 0,435 milyon manat, mənfəət vergisi ödəmələri isə 20,874 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə "Azərkontrakt"ın aktivləri 358,377 milyon manat olub ki, bu da illik müqayisədə təxminən 8 min dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri də təxminən 8 min dəfə artaraq 274,873 milyon manata, balans kapitalı isə təxminən 9 min dəfə artaraq 83,505 milyon manata çatıb.

"Azərkontrakt" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. Səhmdar cəmiyyəti 2 ildir ki, ölkədə təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkə daxilində paylanması və istehlakçılara satışnın təşkil edilməsi ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi