Yuxarı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Azəristiliktəchizat” və “Azəriqaz” arasındakı borc probleminə münasibət bildirib

“Azəristiliktəchizat” və “Azəriqaz” arasında borc probleminə münasibət

Azəristiliktəchizat” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən aldığı təbii qaza görə borcunu ödəməməsi ilə bağlı problem bundan əvvəl də olub”.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov bildirib.

“Biz bu məsələni təhlil etmişik və təkliflər hazırlamışıq. Müzakirələr zamanı hansı borcların qalması təhlil olunub və Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edilib. Onu da qeyd edim ki, istilik təchzaitı sahəsində islahatların aparılması və effektivliyin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib və bu sahədə təcrübəsi olan Almaniya şirkəti prosesə cəlb edilib. Təhlillər aparırıq və sahənin təkmilləşdirilməsi, effektivliyin artırılması, subsidiya məsələlərinə baxılması ilə bağlı təkliflər bu yaxınlarda dövlət başçısına təqdim olunacaq", - o deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi