“Azəristiliktəchizat” rəhbərliyi Naftalanda vətəndaşları qəbul edib

“Azəristiliktəchizat” rəhbərliyi Naftalanda vətəndaşları qəbul edib “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Naftalan şəhərində Naftalan və Goranboy rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Energetika
31 Mart , 2023 13:25
“Azəristiliktəchizat” rəhbərliyi Naftalanda vətəndaşları qəbul edib

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Naftalan şəhərində Naftalan və Goranboy rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Bu barədə "Report" quruma istinadən xəbər verir.

Naftalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi