“Azəristiliktəchizat” istilik parametrlərinə məsafədən nəzarət edəcək

“Azəristiliktəchizat” istilik parametrlərinə məsafədən nəzarət edəcək ASC tərəfindən ümumilikdə 10 xidmətin göstərilməsinə başlanılıb.
Energetika
304
13 Noyabr , 2020 13:03
“Azəristiliktəchizat” istilik parametrlərinə məsafədən nəzarət edəcək

“Azəristiliktəchizat” ASC-yə məxsus yüzdən artıq qazanxana və istilik məntəqələrində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb.

Bunu “Report”a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.

Bundan başqa, R.Əliyev bildirib ki, “Azəristiliktəchizat” tərəfindən ümumilikdə 10 xidmətin göstərilməsinə başlanılıb. Bura istehsal edilmiş isti suyun satışı, istehsal edilmiş istiliyin satışı, abonent məlumatlarının dəyişdirilməsi, abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi daxildir.

O cümlədən bu xidmətlərə borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi, əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması, isti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması və isti su sayğaclarının quraşdırılması üçün müraciətlər də daxildir.

Bundan başqa, istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi və qeyri əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər göstərilir: “Bu ilin sentyabr ayından etibarən bu xidmətlərin “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə göstərilməsinə başlanılıb”.

Son xəbərlər

Orphus sistemi