"Azəristiliktəchizat"ın rəhbəri: "Ölkədə kommunal tədqiqat institutu yoxdur"

"Azəristiliktəchizat"ın rəhbəri: "Ölkədə kommunal tədqiqat institutu yoxdur" 111
Energetika
23 aprel 2025 16:16
Azəristiliktəchizatın rəhbəri: Ölkədə kommunal tədqiqat institutu yoxdur

Sovet İttifaqı dönəmində yüzlərlə kommunal tədqiqat institutları olsa da, hazırda Azərbaycanda belə institut yoxdur.

“Report” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Bina tikilən zaman yaradılmış şərait imkan verməlidir ki, xarici havanın temperaturu müsbət 8 dərəcə olanda daxili havanın temperaturu qanunla müəyyən olunmuş qaydada 22 dərəcə olsun. Yəni süni isitmə olmadan həmin temperatur təmin edilməlidir. Buna əməl olunmadığı üçün insanlar çöldə temperatur 10 dərəcə olanda deyirlər ki, istilik yoxdur, istiliyi qoşmaq lazımdır”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi