"Əgər 10 il qabaq istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olubsa, bu gün bu rəqəm il ərzində 100-lərlədir".
"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "
İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun 3 əsas strategiyası var: "Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500- dən artıq yaşayış binasında, 400- dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub".
"Azəristiliktəchizat" ASC-nin sədrinin müavini bildirib ki, bu gün əsas problemlər binadaxili istilik təchizatı sistemində olan problemlərdir.
İ.Mirzəliyev gələcək işlərdən də danışıb: "Respublikanın dağ rayonlarında artıq noyabrın 1-dən istilik təhzitatı təmin edilib. Gələcəkdə 110 istilik mənbəsi, 84 qazanxanaın qurulmasını planlaşdırırıq. Bu isə ümumilikdə 950 yeni iş yeri yaradılması deməkdir".
Qurum rəsmisi deyib ki, hazırda 300-dək bina istilik təchizatı ilə təmin edilməyib: "Bizim hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (