“Azərişıq” Yevlaxda 27 min abonent üçün 70 km kabel və naqil çəkib

“Azərişıq” Yevlaxda 27 min abonent üçün 70 km kabel və naqil çəkib Ümumilikdə 31 ədəd KTM qurlaşdırılıb
Energetika
7 İyul , 2017 19:26
“Azərişıq” Yevlaxda 27 min abonent üçün 70 km kabel və naqil çəkib

Bakı. 7 iyul. REPORT.AZ/ “Yevlax rayonunun mərkəzi, 2 qəsəbə, 49 kəndi özündə birləşdirən, 27 min abonenti olmaqla 128 min nəfər əhaliyə xidmət edən Yevlax Elektrik Şəbəkəsində son iki ildə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib.” 

Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” tərəfindən 1 ədəd 35/10 kV-luq yeni yarımstansiya tikilib, 31 ədəd komplekt transformator məntəqəsi (KTM) qurlaşdırılıb: "Həmçinin Yevlax EŞ-nin yeni inzibati binası tikilərək istifadəyə verilib. Şəbəkənin xidməti ərazisində 1 767 ədəd dayaq, 44 min metr kabel, 25,2 min metr uzunluğunda yeni naqil çəkilib. Bu işlər rayonun Xaldan, Aşağı Qarxun, Duzdağ, Qaroğlan, Aşağı Bucaq kəndlərində həyata keçirilib."

Qurum sözçüsü deyib ki, hazırda rayonun Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad, Əcəmi, Gülövşə, Bəydilli, Hacıselli, Havarlı, Marzıllı və Əkşəm kəndlərində 0.4 kV-luq naqillərin ÖİN (özünüdaşıyan izolyasiyalı naqillərlər) kabellərlə əvəz olunması və 10-6 kV-luq dayaqların və naqillərin dəyişdirilməsi istiqamətində işlər sürətlə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi