"Azərişıq" yeni NFC sayğaclarından istifadə zamanı yaranan problemlərin səbəblərini açıqlayıb

"Azərişıq" yeni NFC sayğaclarından istifadə zamanı yaranan problemlərin səbəblərini açıqlayıb "Azərişıq" ASC-yə abonentlərin yeni nəsil təmassız ödənişli (NFC) smart tipli sayğaclardan istifadəsi zamanı müəyyən problemlə qarşılaşdığına dair şikayətlər daxil olur.
Energetika
21 Fevral , 2024 14:07
Azərişıq yeni NFC sayğaclarından istifadə zamanı yaranan problemlərin səbəblərini açıqlayıb

"Azərişıq" ASC-yə abonentlərin yeni nəsil təmassız ödənişli (NFC) smart tipli sayğaclardan istifadəsi zamanı müəyyən problemlə qarşılaşdığına dair şikayətlər daxil olur.

"Report" xəbər verir ki, bunu ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu kimi məsələlər aidiyyəti departamentlər tərəfindən araşdırılmalıdır: "Bənzər situasiyalara səbəb sayğac kartlarının həddən artıq elektromaqnit mühitə məruz qalması ola bilər. Hər bir sayğac quraşdırılan zaman onun istifadə qaydalarına dair təlimat abonentlərə təqdim edilir. Sayğac kartlarının hansı şəraitdə saxlanılması da buna daxildir. Ümumiyyətlə bu tip şikayətlər araşdırılır, çünki bəzən bu lokal problem də ola bilər, istehsalçı qüsurundan da yarana bilər".

"Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev isə bildirib ki, bununla bağlı qurumun rəsmi saytında video formatda məlumatlar yerləşdirilib: "Mətbuat vasitəsilə abonentlərə bir daha çağırış edərək, smart sayğacların balansını artırmaq üçün kartları ən az 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır. Çünki oxunma prosesi gedən zaman kartın uzaqlaşdırılması prosesin yarıda qalmasına səbəb olur. Bütün hallarda daxil olan nüraciətlər araşdırılır. 90 % hallarda problem vətəndaşların kartlardan düzgün istifadə etməməsindən qaynaqlanır. Müraciətlərin 1 %-i sayğacların istehsal qüsurundan, 9 %-i isə terminallardakı problemlərdən yarana bilir".

Son xəbərlər

Orphus sistemi