"Аzərişıq" ​Xızıda yeni ofis binasını istifadəyə verib

"Аzərişıq" ​Xızıda yeni ofis binasını istifadəyə verib Binada əməkdaşlar hər cür iş şəraiti yaradılıb
Energetika
14 Aprel , 2016 20:07
Аzərişıq ​Xızıda yeni ofis binasını istifadəyə verib

Bakı. 14 aprel. REPORT.AZ/ "Аzərişıq" ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin yeni inzibati binası Xızı rayonunda tikilib və abonentlərin istifadəsinə verilib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ofis binasında elektrik şəbəkəsinin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda,cari ilin əvvəlində isə Göyçay, Biləsuvar, Şəki rayonları, Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilib.

Son xəbərlər

Orphus sistemi