"Azərişıq": Tovuzda elektrik enerjisi təchizatında yaranmış fəsadlar aradan qaldırılıb

"Azərişıq": Tovuzda elektrik enerjisi təchizatında yaranmış fəsadlar aradan qaldırılıb Bakı. 10 iyun. REPORT.AZ/ Gecə saatlarında güclü külək nəticəsində Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində elektrik enerjisi təchizatında fasilə yaradıb.
Energetika
10 İyun , 2018 12:19
Azərişıq: Tovuzda elektrik enerjisi təchizatında yaranmış fəsadlar aradan qaldırılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Gecə saatlarında güclü külək nəticəsində Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində elektrik enerjisi təchizatında fasilə yaradıb.

Bunu "Report"a "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, elektrik enerjisi təchizatında yaranan fəsadlar qurum əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

"Hazırda rayonun mərkəzi və bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz tam təmin edilir", - deyə ASC rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi