“Azərişıq” Şuşaya fasiləsiz elektrik enerjisi verməyə hazırlaşır

“Azərişıq” Şuşaya fasiləsiz elektrik enerjisi verməyə hazırlaşır “Azərişıq” ASC işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təmin edilməsi üçün işləri başa çatdırmaq üzrədir.
Energetika
7 Yanvar , 2021 17:47
“Azərişıq” Şuşaya fasiləsiz elektrik enerjisi verməyə hazırlaşır

“Azərişıq” ASC işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təmin edilməsi üçün işləri başa çatdırmaq üzrədir.

“Report”un əldə etdiyi məlumata görə, qarşıdakı günlərdə Şuşada yerləşən əsas inzibati obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchizatının başa çatdırılması planlaşdırılır.

Məlumata görə, bunun üçün ASC Füzulidən “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhərini elektrik enerjisi ilə təmin edəcək xəttin çəkilişini həyata keçirir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Son xəbərlər

Orphus sistemi