“Azərişıq”: Şimal bölgəsində başlanan güclü küləyin fəsadlarını önləmək üçün tədbirlər görülür

“Azərişıq”: Şimal bölgəsində başlanan güclü küləyin fəsadlarını önləmək üçün tədbirlər görülür “Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”.
Energetika
5 Avqust , 2019 10:20
“Azərişıq”: Şimal bölgəsində başlanan güclü küləyin fəsadlarını önləmək üçün tədbirlər görülür
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev / Report/ Firi Salim

“Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”. 

Bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır: “Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi