“Azərişıq” sahibkarlar üçün videobələdçi hazırlayıb

“Azərişıq” sahibkarlar üçün videobələdçi hazırlayıb Məqsəd elektrik şəbəkəsinə qoşulmaq istəyən sahibkarların işini asanlaşdırmaqdır
Energetika
30 Mart , 2021 16:51
“Azərişıq” sahibkarlar üçün videobələdçi hazırlayıb

“Azərişıq” ASC elektrik şəbəkəsinə qoşulmaq istəyən sahibkarlar üçün videobələdçi hazırlayıb.

“Report” xəbər verir ki, qurum sahibkarların işini daha da rahatlaşdırmaq və şəffaflığı təmin etmək üçün bütün müraciət prosesini elektronlaşdırıb.

Nəticədə sahibkarın “Azərişıq” əməkdaşı ilə heç bir fiziki təması olmadan şəbəkəyə qoşulmaq üçün müraciəti qeydə alınır.

Bunun üçün “Azərişığ”ın rəsmi elektron portalı olan www.azerishiq.az saytına daxil olan sahibkar müvafiq linkə daxil olmaqla elektron hökumət portalına keçid edir. Bu sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğundan müraciət edən sahibkar özünə aid olan məlumatları ümumi bazadan götürə bilir. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları və obyektə yaxın olan transformator məntəqəsi avtomatik müəyyənləşir. Bunla da sahibkar tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Nəticədə elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.

Son xəbərlər

Orphus sistemi