“Azərişıq” ötən il satdığı elektrik enerjisinin 97%-nin pulunu yığıb

“Azərişıq” ötən il satdığı elektrik enerjisinin 97%-nin pulunu yığıb 2021-ci ildə “Azərişıq” ASC respublika üzrə 18 mlrd kVt/s elektrik enerjisini istehlaka verib, itkilər 8,9% olub.
Energetika
9 Mart , 2022 15:08
“Azərişıq” ötən il satdığı elektrik enerjisinin 97%-nin pulunu yığıb

2021-ci ildə “Azərişıq” ASC respublika üzrə 18 mlrd kVt/s elektrik enerjisini istehlaka verib, itkilər 8,9% olub.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabata görə, istehlaka verilmiş elektrik enerjisinə görə yığım səviyyəsi ilin əvvəlində 96,7% təşkil edib. Səhmdar cəmiyyətinin balansına verilmiş Külək Elektrik Stansiyalarında il ərzində 66,1 mln Kvt/s elektrik enerjisi istehsal edilib.

Alınmış elektrik enerjisinə görə “Azərişığ"ın “Azərenerji” ASC-yə ödənişləri Nazirlər Kabinetinin 9 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş müvafiq qaydaya uyğun aparılıb.

“Azərişıq” 2021-ci ildə enerjisistemin paylayıcı şəbəkə təsərrüfatının inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirib, ümumilikdə 122,1 km 35 kV-luq, 179,3 km 10 kV-luq, 151,3 km 0,4 kV-luq kabel xətləri, 44,7 km 110 kV-luq, 80,2 km 35 kV-luq, 258,3 km 10 kV-luq, 452,6 km 35 kV-luq, 2250 km 10 və 6 kV-luq, 5000 km-ə yaxın 0,4 kV-luq elektrik veriliş xətlərinin texniki vəziyyəti yoxlanılmış və müvafiq təmir işləri aparıb.

2021-ci ildə yeni tikilən 110 kV-luq “Qarasu”, “Buzovna -1”, 35 kV-luq “Meysəri” yarımstansiyaları, Şamaxı rayonunda Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi Prezidentin iştirakı ilə istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi