"Azərişıq" növbəti mediatur reallaşdırıb

"Azərişıq" növbəti mediatur reallaşdırıb Bakı. 15 fevral. REPORT.AZ/ “Azərişıq” ASC 2019-cu ildə ilk mediaturunu reallaşdırıb.
Energetika
15 Fevral , 2019 18:02
Azərişıq növbəti mediatur reallaşdırıb

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərişıq” ASC 2019-cu ildə ilk mediaturunu reallaşdırıb. 

“Report” xəbər verir ki, 20 media nümayəndəsinin iştirakı ilə ilk səfər 1 saylı Bakı "ASAN kommunal" mərkəzinə edilib.

“Azərişığ”ın Perspektiv inkişaf və ASAN xidmətlə iş idarəsinin rəhbəri Elsevər Rüstəmli və Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin rəhbərlik etdiyi mediatur zamanı jurnalistlərə qurumun “ASAN kommunal” mərkəzlərində göstərdiyi xidmətlər haqqında məlumat verilib.

E.Rüstəmli qeyd edib ki, Azərbaycanda sahibkarların enerji şəbəkəsinə qoşulması prosedurları sadələşdirilib.

Onun sözlərinə görə, indi sahibkarlar üçün elektrik şəbəkəsinə qoşulma prosesi 20 gün çəkir və iki mərhələdə icra olunur: “Birinci mərhələ sahibkarın “ASAN kommunal” mərkəzləri və Kiçik və Orta Biznes Evlərinə sənəd təqdim etməyi nəzərdə tutur. Sənədlər ASC-yə göndərildikdən sonra tikinti işləri başlayır. Son mərhələdə “Azərişıq” əməkdaşı müəssisəyə gəlir və müqavilə imzalanır. Bütün bir prosedur 20 gün əhatə edir”.

O əlavə edib ki, ASC-yə bu il 240 müraciət daxil olub, onlardan 207-si artıq elektrik şəbəkəsinə qoşulub.

T.Mustafayev isə bildirib ki, artıq iki ildir mütəmadi keçirilən bu mediaturlar davamlı olacaq: “Bu gün ölkəmizin hər yerində yenidənqurma işləri uğurla davam etdirilir. Həmçinin “Azərişıq”da da regionlarda elektrik enerjisi şəbəkəsini daha müasir standartlara uyğun qurur. Belə səfərləri təşkil etməkdə əsas məqsədimiz “Azərişığ”ın regionlarda gördüyü işləri media vasitəsi geniş ictimaiyyətə çatdırmaqdır. Növbəti aylarda həmkarlarımızı Mərkəzi Aran regionuna və sərhədyanı rayonlara aparmağı düşünürük”.

Son xəbərlər

Orphus sistemi