“Azərişıq” media nümayəndələri üçün mediatur təşkil edib

“Azərişıq” media nümayəndələri üçün mediatur təşkil edib Bakı. 30 iyul. REPORT.AZ/ İyulun 27-29-da Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi münasibəti ilə “Azərişıq” ASC müxtəlif KİV-ləri təmsil edən 20-dən artıq jurnalist üçün Qərb bölgəsinə mediatur təşkil edib. İki günlük mediatur zamanı jurnalistlər Gəncə şəhərində, Göranboy, Mingəçevir, Gədəbəy və Göygöl rayonlarında olublar.
Energetika
30 İyul , 2018 17:53
“Azərişıq” media nümayəndələri üçün mediatur təşkil edib

Bakı. 30 iyul. REPORT.AZ/ İyulun 27-29-da Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi münasibəti ilə “Azərişıq” ASC müxtəlif KİV-ləri təmsil edən 20-dən artıq jurnalist üçün Qərb bölgəsinə mediatur təşkil edib. İki günlük mediatur zamanı jurnalistlər Gəncə şəhərində, Göranboy, Mingəçevir, Gədəbəy və Göygöl rayonlarında olublar.

Səfər çərçivəsində KİV nümayəndələri Goranboy rayonunda yerləşən “Dəliməmmədli” yarımstansiyasına baş çəkib. Həmin stansiya hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündədir.

“Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir. Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Fəxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlar” hava xətləri də məhz “Dəliməmmədli” yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur.

Mingəçevir Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinə baş çəkən media nümayəndələri haqqında ətraflı məlumat verilib. Məlumata görə, Mərkəz “Azərişıq” ASC üzrə 2015-2025-ci illəri əhatə edən fəaliyyət planına uyğun həyata keçirilir.

Bundan əlavə jurnalistlər Gəncə şəhərində yerləşən müasir tipli qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni “Nizami” yarımstansiyasına da baxış keçiriblər. Məlumat verilib ki, yeni stansiya 6 mindən artıq abunəçinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Bunların da 2300-dən çoxu əhali qrupuna aid abunəçilərdir.

Səfəri çərçivəsində media jurnalistlər həm də 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasına da baş çəkib. Məlumata görə, Gəncə şəhərinin mərkəzi hissəsinin 30%-dən çoxunun elektrik enerjisi ilə təminatın 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyasının payına düşür. Adıçəkilən yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.

Göygöl rayonuna səfər zamanı jurnalistləri qarşılayan Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Göygöl Elektrik Şəbəkəsinin rəisi Samir Rəsulzadə bildirib ki, son illər rayonda əhalinin elektrik enerjisinə olan tələbatını tam şəkildə qarşılamaq üçün bir çox işlər görülüb. Qurum rəsmisinin sözlərinə görə, şəhər mərkəzində və kəndlərdə köhnə dayaqlar yeniləri ilə əvəzlənməklə yanaşı, kəndlərdə SİP-ləşmə işləri sürətləndirilib.

Qeyd edək ki, hazırda Göygöl rayonunda "Azərişığ"ın 24 minə yaxın abonenti var.

Son xəbərlər

Orphus sistemi