“Azərişıq” İslam Həmrəylik Oyunları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” İslam Həmrəylik Oyunları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib Qurumda Mərkəzi Qərargah yaradılıb
Energetika
4 Aprel , 2017 09:37
“Azərişıq” İslam Həmrəylik Oyunları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Mayın 12-dən 22-nə qədər Bakıda keçiriləçək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmini nəzərə alan “Azərişıq” ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir. 

Bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, yarışlarla əlaqədar bütün obyektlərin elektrik təchizat sistemi yoxlanılıb, müvafiq təftiş və sınaq işləri aparılıb:

“Nəzərə çatdıraq ki, İslam Həmrəylik Oyunlarının keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı sentyabr 2015-ci il və 2017-ci ilin yanvar tarixlərində “Azərişığ”ın sədri Baba Rzayev tərəfindən müvafiq əmr və sərəncamlar imzalanıb. Həmin sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür”.

Qurum rəsmisi onu da bildirib ki, İslam Oyunlari Ilə Bağli “Azərişıq”da Mərkəzi Qərargah yaradilib:

"Azərişıq" sədrinin əmrinə əsasən, İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah yaradılıb, məsul şəxslər də cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yaımstansiya və transformator məntəqələrində qurlaşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, aidiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin aprel ayında təkrar treninqlərə cəlb olunması təmin edilib”.

Bundan başqa, İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyali fəaliyyət üçün xüsusi qrup da yaradılıb:

“Əmrə əsasən idman tədbirinə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə “Azərişıq”da xüsusi qrup da yaradılıb”. 

Son xəbərlər

Orphus sistemi