Yuxarı

"Azərişıq” küləkli hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimə keçib

"​Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

"Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib". 

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:

“Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisiqəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

“Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisinin təchizatında qısamüddətli kəsintinin olduğunu qeyd edib:

“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq ”Muxtadır” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qıdalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Ağstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb qısa müddətdə bərpa edilib”.

T.Mustafayev istehlakçılara da müraciət edib: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı "Çağrı" mərkəzi ilə əlaqə saxlasınlar”.

Xatırladaq ki, bu gün güclü şimal-qərb küləyi müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı məlumata görə, bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi