“Azərişıq” Gəncə aeroportu üçün xüsusi yarımstansiya inşa edəcək

“Azərişıq” Gəncə aeroportu üçün xüsusi yarımstansiya inşa edəcək Gəncə. 15 noyabr. REPORT.AZ/ “Azərişıq” ASC Gəncə Beynəlxalq Hava Limanı xüsusi yarımstansiya tikməyi planlaşdırır.
Energetika
15 Noyabr , 2017 12:14
“Azərişıq” Gəncə aeroportu üçün xüsusi yarımstansiya inşa edəcək
Report

Gəncə. 15 noyabr. REPORT.AZ/ “Azərişıq” ASC Gəncə Beynəlxalq Hava Limanı xüsusi yarımstansiya tikməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu qurumun Texniki Departamentinin baş mühəndisi Mehman Abbasov deyib.

Onun sözlərinə görə, yeni yarımstansiyanın gücü 110 kVt olacaq: “Hazırda Gəncə aeroportunu elektrik enerjisi ilə “Azərenerji” ASC-nin tabeliyindəki “Gəncə 2” və “Gəncə 3” yarımstansiyaları təchiz edir. Hər iki yarımstansiyadan aeroporta 10 kVt-luq 2 xətt gəlir. Hava limanı beynəlxalq statusa malik olduğu üçün onu xüsusi yarımstansiya ilə təmin etməyi düşünürük. Artıq yarımstansiyanın yeri də müəyyən olunub və bəzi ölçmə işləri də aparılıb. Düşünürəm ki, 2018-ci ildə bu yarımstansiyanı təhvil verəcəyik”.

“Azərişıq” rəsmisi Prezident İlham Əliyevin ötən həftə açılışını etdiyi 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası haqqında da danışıb. O bildirib ki, sözgüdən obyekt 40 meqavolt-amper (MVA) gücündə iki ədəd transformatordan, 110 kilovoltluq açıq paylayıcı qurğudan, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğulardan, mühafizə və nəzarət sistemindən və köməkçi sistemlərdən ibarətdir: “Bu yarımstansiya 40 ildən çox istifadə olunmuş və istismar gücü və səmərəliliyi iki dəfə aşağı olan köhnə yarımstansiyanı əvəz edir. 35 və 10 kV-luq yeni paylama xətləri sayəsində “Yeni Gəncə” yarımstansiyası məişət, kənd təsərrüfatı və ticarət obyektlərini əhatə etməklə Yeni Gəncə adlı ərazidə 90%-i əhali istehlakçı qrupundan ibarət 30 mindən çox istehlakçını elektrik enerjisi ilə təmin edir”. 

Son xəbərlər

Orphus sistemi