“Azərişıq” əməkdaşlarını vaksinasiyadan keçirdi

“Azərişıq” əməkdaşlarını vaksinasiyadan keçirdi 4 gün ərzində davam edən vaksinasiya TƏBİB-lə birgə həyata keçirilib
Energetika
12 Aprel , 2021 11:53
“Azərişıq” əməkdaşlarını vaksinasiyadan keçirdi

"Azərişıq" ASC-nin əməkdaşlarının vaksinasiyası həyata keçirilib.

"Report" xəbər verir ki, ümumilikdə 4 gün ərzində davam edən vaksinasiya TƏBİB-lə birgə həyata keçirilib.

Məlumatda deyilir ki, bu ilk peyvəndlənmədə qurumun 40 yaşdan yuxarı 1 000-ə yaxın əməkdaş peyvənd olunub.

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev "Report"a açıqlamasında bildirib ki, təmsil etdiyi qurum daim əməkdaşlarının təhükəsizliyinə və sağlamlığına önəm verir. Bu səbəbdən də pandemiya başladığı dövrdən bəri sosial məsafənin qorunması və tibbi-gigiyenik qaydalara tam riayət edilib.

TƏBİB-in açıqlamasına görə, Azərişıq" əməkdaşlarına Çinin “Sinovac” şirkətinin "CoronaVac" vaksininin 1-ci dozası vurulub. Aprelin əvvəlində isə 2-ci dozanın vurulması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi