"Azərişıq"da struktur dəyişikliyi olub

"Azərişıq"da struktur dəyişikliyi olub Azərişıq ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib.
Energetika
25 İyun , 2019 10:14

"Azərişıq" ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib. 

"Report"un məlumatına görə, onun əvəzinə “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb. 

Yeni departamentə elə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək. 

Məsələ ilə bağlı "Report"a açıqlama verən səhmdar cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yeni yaradılan strukturun daha funksional olacağını açıqlayıb: "Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyetləri ilə işləyəcək". 

Son xəbərlər

Orphus sistemi