“Azərişıq” Cəlilabad rayonunda yenidənqurma işləri aparır

“Azərişıq” Cəlilabad rayonunda yenidənqurma işləri aparır “Azərişıq” Cəlilabad   rayonunda yenidənqurma işləri aparır
Energetika
182
2 İyul , 2020 12:07
“Azərişıq” Cəlilabad rayonunda yenidənqurma işləri aparır

“Azərişıq”   ASC   Cəlilabad   rayonunun   Şatırlı   İnzibati   Ərazi Nümayəndəliyinə   daxil   olan Şatırlı, Buravar və Badamağacı kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparır.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

Məlumata görə, Cənub RETSİ-nin ərazisinə aid bu üç kənddə ümumilikdə 1500-dək sakin yaşayır.  Yenidənqurma işləri kənddə bütün elektrik enerjisi sistemini əhatə edir.İran İslam Respublikası ilə sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ci ildə elektrik enerjisi verilb. Ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranıb. Adı çəkilən kəndlərdə elektrik enerjisi təchizatının yenilənməsi məqsədi ilə dayaqlar,   elektrik veriliş xətləri, sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırlır. İşlər başa çatdıqdan sonra   istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaq.