“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurdu

“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurdu “Azərişıq”ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) Tərtər Elektrik Şəbəkəsinin xidməti ərazisi olan Həsənqaya kəndində geniş quruculuq işləri həyata keçirilib.
Energetika
24 Avqust , 2020 12:38
“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurdu
0 : 00
0 : 00

İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq”ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) Tərtər Elektrik Şəbəkəsinin xidməti ərazisi olan Həsənqaya kəndində geniş quruculuq işləri həyata keçirilib.

Bu barədə “Report”a “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumata görə, cəbhə xəttində yerləşən kəndin elektrik enerjisi sistemi istifadəyə yararsız vəziyyətdə olub və indi tamamilə yenidən qurub. İstismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunub.

Son xəbərlər

Orphus sistemi