"Azərişıq" bayramda gücləndirilmiş iş rejimində çalışacaq

"Azərişıq" bayramda gücləndirilmiş iş rejimində çalışacaq Planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək
Energetika
18 Mart , 2015 12:51
Azərişıq bayramda gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. 18 mart. REPORT.AZ/ "Azərişıq” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar ASC-nin sədri tərəfindən xüsusi tapşırıq imzalanıb. Belə ki, bayram günlərində enerji istehlakçıları, bayram tədbirləri keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək. Elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə "Azərişıq" ASC-nin mərkəzi aparatı və rayon enerji təchizatı və satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlər müvəqqəti olaraq dayandırılacaq.

Qurum abonentlərdən istər şəhərlərdən, istərsə də rayonlar, qəsəbə və kəndlərdən yarana biləcək hər hansı problemlə əlaqədar 199 saylı telefonla Qəza Xidmətinə məlumat vermələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi