"Azərişıq" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azərişıq" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq
Energetika
16 Mart , 2017 13:42
Azərişıq bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı. 16 mart. REPORT.AZ/ “Azərişıq” ASC Novruz Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.

"Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək. Baş vermiş qəzaların (199 – çağrı mərkəzi) nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması da təmin ediləcək", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi