Yuxarı

​“Azərişıq” bayram günləri təmir işlərinə ara verəcək

Bayram günləri yaranan problemin aradan qaldırılması üçün abonentlər 199 saylı qəza xidməti ilə əlaqə saxlaya bilərlər

Bakı. 18 mart. REPORT.AZ/ Bayram günlərində “Azərişıq” ASC-nin bütün şəhər və qəsəbələrindəki nümayəndəlikləri növbətçilik sistemi ilə işləyəcək. Bunu “Report” “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T. Mustafayevin sözlərinə görə, bayram vaxtı elektrik stansiyalarında və xəttlərində aparılan təmir işləri də dayandırılacaq:

“Bayram günləri üçün bütün rayon, şəhər və qəsəbələrdə növbətçilik sistemi yaradılıb və əməkdaşlarımız bayram vaxtı da işləyəcəklər. Hazırda 56 rayonun hamısında sayğacların quraşdırılması, köhnə xətlərin yenilənməsi və stansiyaların təmir edilməsi işləri aparılır. Bayram vaxtı bütün təmir işlərinə fasilə veriləcək. Həmçinin bayram vaxtı abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün əlavə maşın və digər texnika da ayrılıb”.

“Azərişıq” rəsmisi bildirib ki, bayram günləri yaranan problemin aradan qaldırılması üçün abonentlər 199 saylı qəza xidməti ilə əlaqə saxlaya bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi