“Azərişıq”: Bayram günləri 199 saylı “Çağrı mərkəzi”nə 48 fərdi müraciət daxil olub

“Azərişıq”: Bayram günləri 199 saylı “Çağrı mərkəzi”nə 48 fərdi müraciət daxil olub
Energetika
4 Yanvar , 2018 19:37
“Azərişıq”: Bayram günləri 199 saylı “Çağrı mərkəzi”nə 48 fərdi müraciət daxil olub
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev / Report/ Firi Salim

Bakı. 4 yanvar. REPORT.AZ/ "Bayram günləri ərzində “Azərişıq” ASC gücləndirilmiş iş rejimində işləyib və elektrik enerjisi ilə təchizat baxımından problemlərlə bağlı daxil olan bütün müraciətlərə çevik reaksiya verib”.

Bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, “Azərişığ”ın çağrı mərkəzinə daxil olan müraciətlərin sayında da azalma müşahidə olunub:

“Paytaxt Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizat cəhətdən heç bir problem yaşanmayıb. Bu, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə əsasında ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilən əsaslı yenidənqurma, infrastrukturun yenilənməsi istiqamətində görülmüş sistemli işlərin birbaşa nəticəsidir. Bayram günləri ərzində “Azərişığ”ın 199 saylı “Çağrı mərkəzi”nə cəmi 48 fərdi müraciət daxil olub. Əməkdaşlar operativ qaydada həmin ünvanlara baş çəkərək müraciətlər əsasında lazım olan tədbirləri görüblər. O cümlədən bayram günləri ərzində ölkənin qış turizmi bölgələrində elektrik enerjisi təchizatının fasiləsiz təmin edilməsi üçün bütün ehtiyat tədbirləri görülmüşdü. Nəticədə bu bölgələrdə də elektrik təchizatı sarıdan heç bir problem qeydə alınmayıb və bu da bölgələrə axın edən yerli, xarici turistlərin istirahətinin yüksək səviyyədə təmin olunmasına öz töhfəsini verib”.

Qeyd edək ki, “Azərişıq” 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaqlarını açıqlamışdı.