“Azərişıq”: Bayram günlərində istehlakçıların elektrik enerjisi ilə təchizatında problem yaranmayıb

“Azərişıq”: Bayram günlərində istehlakçıların elektrik enerjisi ilə təchizatında problem yaranmayıb Bakı. 4 yanvar. REPORT.AZ/ 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1-2 Yanvar - Yeni İl bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb.
Energetika
4 Yanvar , 2019 12:09

Bakı. 4 yanvar. REPORT.AZ/ 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1-2 Yanvar - Yeni İl bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb. 

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” və “Azərenerji” ASC-lər bayram günləri müştərək fəaliyyət göstərib:

“Enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanaraq, hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin olunublar. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Hazırda ölkə boyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur. “Azərenerji” və “Azərişıq” ASC-nin Rəhbərliyi və kollektivi Yeni İl münasibətilə bütün istehlakçılarnı təbrik edir, firəvan həyat, işıqlı gələcək arzulayır".

Son xəbərlər

Orphus sistemi