“Azərişıq”: “Azərenerji”yə ödənişlər 100% təmin olunub

“Azərişıq”: “Azərenerji”yə ödənişlər 100% təmin olunub Bakı. 10 aprel. REPORT.AZ/ Yeni tikilən müasir tipli elektrik stansiyaları hesabına generasiya gücləri 2400 MVt-a qədər artırılaraq 6400 MVt-a çatdırılıb. Nəticədə Azərbaycan daxili enerji tələbatını ödəməklə yanaşı, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
Energetika
10 Aprel , 2018 09:36
“Azərişıq”: “Azərenerji”yə ödənişlər 100% təmin olunub

Bakı. 10 aprel. REPORT.AZ/ "Yeni tikilən müasir tipli elektrik stansiyaları hesabına generasiya gücləri 2400 MVt-a qədər artırılaraq 6400 MVt-a çatdırılıb. Nəticədə Azərbaycan daxili enerji tələbatını ödəməklə yanaşı, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib". 

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən “Azərişıq” ASC-nin sədri Baba Rzayev deyib.

“Ötən illər ərzində 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiyalar və 5 mindən çox transformator məntəqəsi inşa olunub, 54 min kilometr hava və kabel xətti çəkilib, 1,6 mln.dan artıq müasir tipli elektron sayğaclar quraşdırılıb.Texniki itkilər Bakı şəhəri üzrə 7,8%-ə, regionlar üzrə 11,4%-ə, endirilməklə, “Azərişıq” üzrə 9,6% təşkil edib. Enerji haqlarının yığımı Bakı şəhəri üzrə 99%-ə, regionlarda 87%-ə yüksəldilməklə, “Azərişıq” üzrə 93%-ə çatdırılıb. “Azərenerji”yə ödənişlər 100% təmin olunub, vergi və büdcə ödənişləri artıqlaması ilə icra edilib", - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi