"​Azərişıq" "Azərenerji"nin dövründə çalışan əməkdaşların işdən çıxarılması haqda məlumatlara aydınlıq gətirib

"​Azərişıq" "Azərenerji"nin dövründə çalışan əməkdaşların işdən çıxarılması haqda məlumatlara aydınlıq gətirib Tanrıverdi Mustafayev: "Azərişıq"dan bir nəfər belə işdən çıxarılmayıb"
Energetika
17 Oktyabr , 2015 10:49
​Azərişıq Azərenerjinin dövründə çalışan əməkdaşların işdən çıxarılması haqda məlumatlara aydınlıq gətirib

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Yayılan məlumatların heç bir əsası yoxdur. "Azərişıq"dan bir nəfər belə işdən çıxarılmayıb". Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bəzi əməkdaşların işdən azad edilməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

T.Mustafayev regionlarda çalışan əməkdaşlarının da maaşlarının Bakıdakı əmkdaşlarla eyni olduğunu qeyd edib: "Bakı şəhərində olduğu kimi, regionlarda da əməkdaşlar vəzifələrinə uyğun olaraq maaş alırlar. "Azərenerji"dən bizə gələn işçilərin hamısı indi "Azərişığ"ın əməkdaşlarıdır. Hamı bizim üçün eynidir".

Qeyd edək ki, dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib. Sərəncama görə, iki ay davam etməli olan təhvil-təslim prosesi aprel ayının 10-da yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi