Yuxarı
    Bağlamaq

    ​"Azərişıq" ASC: Rayonlara elektrik enerjisinin verilməsi bərpa edilib

    T.Mustafayev: Hazırda dəymiş ziyanın məbləği hesablanır

    Bakı. 4 dekabr. REPORT.AZ/ Ötən gündən etibarən Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində elektrik enerjisinin verilməsi ilə bağlı problemlər əsasən hava verilişi xətlərinin olduğu yerlərdə yaranmışdır və artıq həmin problemlər aradan qaldırılıb. Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    T.Mustafayev elektrik enerjisinin kəsintisinin bir neçə rayonda olduğunu qeyd edib: "Dünən təxminən saat 22:00-dan başlayan güclü külək, qar bir çox rayonlarda elektrik dirəklərini aşırdıb. Bu səbəbdən də bəzi rayonlarda elektrikin verilməsində problemlər yaranıb. Belə hallar əsasən Qaradağ, Abşeron, Lənkəran və Gədəbəy kimi rayonlarda baş verib. Hazırda təsərrüfata dəymiş ziyanın məbləği hesablanır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi