​"Azərişıq" ASC-nin 7 regional mərkəzi yaradılıb

​"Azərişıq" ASC-nin 7 regional mərkəzi yaradılıb İlk öncə sayğacı olmayan abonentlər sayğacla təmin ediləcək
Energetika
5 May , 2015 09:24
​Azərişıq ASC-nin 7 regional mərkəzi yaradılıb

Bakı. 5 may. REPORT.AZ/ "Biz cənab Prezidentin 9 fevral sərəncamından dərhal sonra işə başlamışıq. Fevralın 10-dan etibarən regionlarda işə başladıq". Bunu "Report"a açıqlamasında bu ilin fevralında yaradılan "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev "Azərişıq" tərəfindən 7 regional mərkəzin yaradıldığını və işlərin sürətlə davam etdirildiyini deyib: "Artıq 7 regional mərkəz yaradılıb. Bu, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran və Bakı mərkəzləridir. Bütün işlər sürətlə aparılır. İstifadəyə yararsız dirəklər, elektrik xətləri, transformatorlar yeniləri ilə əvəz edilir. Sayğacların quraşdırılması işinə də yaxın bir həftə ərzində başlanılacaq. Biz artıq bunu da hesablamışıq. İlk əvvəl sayğacı olmayan abonentlər sayğacla təmin ediləcək. Daha sonra isə sayğacı yararsız olan yaxud işləməyən abonentlərin sayğacı dəyişdiriləcək".

Xatırladaq ki, ölkə Prezidenti dünən "Azərişığ"ın nizamnaməsini təsdiq edib.

Son xəbərlər

Orphus sistemi