Yuxarı
    Bağlamaq

    ​"Azərişıq" ASC "Formula 1"-lə əlaqədar bütün təmir işlərini dayandırıb

    Şirkətin Mərkəzi Aparatı və Bakı şəhərində olan ərazi strukturları üzrə növbətçilik təşkil edilib

    Bakı. 16 iyun. REPORT.AZ/ “Azərişıq” ASC iyunun 17-19-da Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-Prisi yarışı ilə əlaqədar fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunmasına tam hazırdır. Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    T.Mustafayevin sözlərinə görə, bu yarışın keçiriləcəyi küçə və prospektlərin, habelə idmançıların və qonaqların yerləşdiriləcəyi yaşayış kompleksləri, mehmanxanalar və digər sosial təyinatlı obyektlərin yüksək keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün "Azərişıq" tərəfindən zəruri tədbirlər həyata keçirilib, yarışların keçiriləcəyi günlərdə fasiləsiz elektrik enerji təchizatının təmin olunması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədi ilə iyunun 16-dan 20-dək şirkətin Mərkəzi Aparatı və Bakıda olan ərazi strukturları üzrə növbətçilik təşkil edilib.

    “Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Dəmir Yolu Vağzalı, Bakı Biznes Mərkəzi, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qorğu ərazilərinin, muzeylərin, küçə, park və fəvvarələrin, binaların fasad işıqlandırılmasının, restoranların, barların və digər obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasının xüsusi diqqətdə saxlanılması barədə “Azərişıq” ASC rəhbərliyi tərəfindən Texniki Direktorluğa və tabe olan xidmət sahələrinə, Bakı şəhərində olan RETSİ-lərə ciddi göstəriş verilib. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, idman yarışının keçirildiyi günlərində aparılması planlaşdırılan bütün təmir işləri müvəqqəti olaraq dayandırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi