Yuxarı
    Bağlamaq

    "Azərişıq” “ASAN Xidmət" vasitəsilə daha bir xidmət göstərməyə başlayıb

    Xidmət məcburi köçkünlərlə bağlıdır© Report/ Firi Salim — “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev

    Bakı. 16 mart. REPORT.AZ/ “Azərişıq” ASC-nin “ASAN Xidmət" və “ASAN Kommunal" vasitəsilə abunəçilərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub. Bu gündən etibarən həmin mərkəzlərdə “Məcburi köçkün qrupuna aid abunəçilərdən müraciətlərin qəbulu” adlı yeni xidmət fəaliyyətə başlayıb.

     Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

    Məlumata görə, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün tələb olunan sənədlər bunlardır - ərizə, müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, arayış (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqi ilə), arayışda qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnaməsi və ya ölüm haqqında şəhadətnaməsi.

    Yeni xidmət ödənişsiz olacaq və xüsusi araşdırma tələb olunan hallarda 5 gün, olmadıqda isə 1 gün ərzində təmin ediləcək. Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Azərişığ”a təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.

    Beləliklə, səhmdar cəmiyyətin “ASAN Xidmət" və “ASAN Kommunal" vasitəsilə göstərdiyi xidmətlərin sayı 11-ə çatıb. Həmin xidmətlər isə əhali abunəçilərinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb sənəd verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abunəçilərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abunəçinin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali aunəçisinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı xidmətlərdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi