"Azərişıq” Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib

"Azərişıq” Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib İkinci Qarabağ savaşı zamanı təmas xəttinə ən yaxın kənd olduğundan enerji təsərrüfatına ciddi ziyan dəyib
Energetika
17 May , 2021 12:43
Azərişıq” Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib

İkinci Qarabağ savaşı zamanı təmas xəttinə ən yaxın kənd olduğundan Ağdamın Çıraqlı yaşayış məntəqəsindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Vətən müharibəsi zamanı Ağdam rayonunun Çıraqlı kəndinə çoxlu sayda top və qrad mərmiləri atılıb, fərdi yaşayış evlərinə və elektrik enerşisi təchizatı şəbəkəsinə ciddi ziyan dəyib. Lakin müharibə bitdikdən sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərlərin aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0.4 kv-luq elektrik şəbəkəsinin yenidən qurmasına başlanmışdır və hazırda işlər tamamilə yekunlaşıb.

70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar əkilib, izoliasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi