"Azərişıq" ASC Bakının Binəqədi rayonunda yerləşən 35/6 kV-luq 2x16 MVA gücündə "91" saylı yarımstansiyanın əvəzinə 2x40 MVA gücündə 110/35/6 kV-luq yeni yarımstansiyanın tikintisi işlərinin (1), yarımstansiyalar arasında bağlantıların qurulması üçün Şükürbəyli-Hadrut-Şuşa istiqamətində fiber optik (48 lifli) kabelin çəkilməsi və rabitə sisteminin keyfiyyətini və dayanaqlılığını artırılması üçün iki nüvəli ATS-in qurulması işlərinin (2), müxtəlif növ ağır avto mexanizimlərin (3) satın alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Aran Tikinti-Quraşdırma", "Estet" və "Original Motors" MMC-lərdir.
Qalib şirkətlərə 1 271,5 min manat, 1 999,4 min manat və 2 952,2 min manat, ümumilikdə isə 6 223,1 min manat ödəniləcək.