“Azərişıq”: 11 əməkdaşımız "Cəsur döyüşçü" medalı ilə təltif edilib

“Azərişıq”: 11 əməkdaşımız "Cəsur döyüşçü" medalı ilə təltif edilib Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən gün imzaladığı, Silahlı Qüvvələrin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında sərəncamı ilə medal almış 5 449 hərbçi arasında "Azərişıq" ASC-nin 11 əməkdaşı
Energetika
19 Dekabr , 2020 15:15
“Azərişıq”: 11 əməkdaşımız Cəsur döyüşçü medalı ilə təltif edilib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən gün imzaladığı, Silahlı Qüvvələrin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında sərəncamı ilə medal almış 5 449 hərbçi arasında "Azərişıq" ASC-nin 11 əməkdaşı var.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bunlar Yusibov Elçin Nuru oğlu, Yahyayev Ceyhun Vüqar oğlu, Qafarov İlkin Polad oğlu, Quliyev Elçin Adil oğlu, Babayev Təhmin İntiqam oğlu, İsmayılov Ovçu Ramiz oğlu, Cəfərzadə Rəsul Səftər oğlu, Hidayətov Ramin Yelmar oğlu, Məmmədov Tural Ədalət oğlu, İsmayılov Seyidağa Zabit oğlu və Hamletzadə Hamlet Ruslan oğludur.

"Təltif edilən əməkdaşlarımızın 10-u əsgər kimi, 1-i, yəni Məmmədov Tural Ədalət oğlu isə leytenant kimi Vətənin müdafiəsinə yollanıb. Dövlət başçısının bir neçə gün öncə imzaladığı sərəncamla isə “Azərişığ”ın şəhid olmuş 5 əməkdaşı “Vətən uğrunda” medalı ilə təltif edilib. Bütün bunlar bir daha Ali Baş Komandanımızın şəhidlərimizə, şəhid ailələrinə və Vətən müharibəsində yaralanan həmvətənlərimizə böyük ehtiram və qayğısını göstərir, biz energetikləri daha da həvəsləndirir. Çoxminlik “Azərişıq” ailəsi adından bu nəcib əməllərinə görə Prezidentə təşəkkür edirik. Onun uzaqgörən siyasi kursunu daim dəstəklədiyimizi bir daha bəyan edirik", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində “Azərişığ"ın 293 əməkdaşı iştirak edib. Onlardan 5-i şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi